Bu gün Kənd Təsərrüfatı naziri Heydər Əsədov "Aqrilizinq" ASC-nin Şirvan təchizat bazasındaAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına alınan yeni taxılyığan kombayınlara baxış keçirib.Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən mlumata görə, hazırda bazaya 106 ədəd Finlandiya istehsalı olan "Sampo" markalı yeni kombayn gətirilib və qısa zamanda sahibkarlara veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində taxıl biçini mövsümünə qədər ən müasir texnikalar gətirilərək sahibkarlara təhvil veriləcək. Qeyd edək ki, yeni kombaynlar digərlərindən fərqli olaraq 6 silindrli mühərriklə təchiz olunub.Bu da texnikanın biçin prosesini sürətli və keyfiyyətli həyata keçirməsinə imkan verir. Yaxın vaxtlarda kombaynların növbəti hissəsinin Şirvana gətirilməsi planlaşdırılır və onların ümumi sayı 150-yə çatacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...