Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən regionlarda geniş həcmli sosial layihələr həyata keçirilmişdir.AzərTAc xəbər verir ki, bu sözləri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir.R.Abdullayev bildirmişdir ki, şirkət tərəfindən proqramın icrası müddətində ən müasir avadanlıqlarla təchiz olunmuş 16 müalicə-diaqnostika mərkəzi, 14 orta məktəb, dörd Gənclər evi, yeddi mədəniyyət və istirahət mərkəzi və 18 istirahət parkı inşa olunmuşdur. Həmçinin beş rayonun ərazisində tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...