Qazaxıstanın "Inform.kz" internet saytında "Xəzər dənizində sərnişin teploxodunu internetlə təchiz edəcəklər" sərlövhəli yazı yerləşdirilmişdir.
Yazıda Bakının Dənizkənarı Milli Parkında dəniz gəzintiləri üçün nəzərdə tutulan yeni üçmərtəbəli "Mirvari" gəmisinin Wi-Fi internet vasitəsilə təchiz ediləcəyi bildirilmişdir. Saytın məlumatına görə, layihə qiymətləndirilmə mərhələsindədir və Wi-Fi şəbəkəsi 40-50 kilometr radiusu əhatə edəcəkdir.
Saytda teploxodun 650-dək sərnişin tutumuna malik olduğu və Azərbaycanın sifarişi ilə Türkiyə şirkəti tərəfindən hazırlandığı da qeyd olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...