Azərbaycanın ikinci süni telekommunikasiya peyki "Azerspace-2"-nin orbitə buraxılması üçün elan edilmiş tenderin qalibi olan şirkət ilə müqavilə avqust ayında imzalanacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, artıq "Azerspace-2" telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı qapalı tender elan olunmuşdur. Tenderin qapalı olmasına baxmayaraq, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilmişdir. Avqust ayında tenderin qalibi olan şirkət ilə müqavilə imzalanacaq və peyk 30 ay ərzində buraxılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...