PDF Oxu

İqtisadiyyat

  • 15

Kürdəmir rayonunun daha 2 kəndinə təbii qaz verilib

Kürdəmir rayonunun daha 2 kəndinə təbii qaz verilib

Bu gün Kürdəmir rayonunun Çöhranlı və Bağman kəndlərinə təbii qaz verilib. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, ümumilikdə 362 abonenti olan Çöhranlı və Bağman kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 52,9 kilometrə yaxın metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 362 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

sia.az

Digər xəbərlər