PDF Oxu

İqtisadiyyat

  • 16

Vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780,352 mln. manat təşkil edib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.Bu məbləğin 48,9%-i mənfəət vergisi, 21,2%-i əlavə dəyər vergisi, 8,2%-i fiziki şəxslərin gəlir vergisi, 9,1%-i aksizlər, 12,6%-i isə digər vergilərin payına düşüb. Qeyri-neft sektoru üzrə büdcəyə 330,880 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8% çoxdur.Yanvar ayında ölkə üzrə 8 622 vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin fevralın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 981 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur. Bu ilin yanvar ayı ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2% təşkil edib.

sia.az

Digər xəbərlər