PDF Oxu

İqtisadiyyat

  • 7

Kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılacaq

Kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən aparılan islahatlar, o cümlədən kadr siyasəti sahəsində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılacaqdır.

KTN-dən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə nazirlik müvafiq tələblərə cavab verən kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərini, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) [email protected] elektron poçt ünvanına göndərməyə dəvət edir.

AzərTAc

Digər xəbərlər