Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda konfrans keçiriləcəkdir.
SAM-ın mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, konfransda üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və əlaqələrin gələcəyinin müzakirəsi nəzərdə tutulmuşdur.
Gürcüstan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini, bu ölkənin keçmiş xarici işlər naziri, Türkiyə və Gürcüstanın tanınmış ekspertləri, Türkiyə Müdafiə Sənayesi Katibliyinin idarə rəisinin iştirak edəcəkləri konfransda müxtəlif mövzularda müzakirələr aparılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...