PDF Oxu

İqtisadiyyat

  • 15

Nərimanov rayonunda müasir park salınır

Nərimanov rayonunda müasir park salınır

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən K.Rəhimov küçəsində sökülmüş 7 yararsız binanın yerində müasir parkın salınır.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, artıq parkın bir hissəsində işlər başa çatdırılmışdır. Füsunkar gözəlliyi ilə seçilən və Avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın bir hissəsi sakinlərin ixtiyarına verilmişdir.

Parkın digər hissəsinin isə ikimərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Park rayon sakinlərinin mənalı istirahət məkanına çevriləcəkdir.

AzərTAc

Digər xəbərlər