PDF Oxu

İqtisadiyyat

  • 6

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı əsaslı xərclər artır

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı əsaslı xərclər artır

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı əməliyyat işlərinə 50 milyon ABŞ dolları, əsaslı xərclərə isə 250 milyon dollar sərf olunmuşdur.

"bp-Azərbaycan" şirkətindən AzərTAc-a bildirmişlər ki, 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərə başlanması ilə əlaqədar 1 milyard 250 milyon dollaradək artacaqdır.

Ötən il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 13,4 milyon kubmetr qaz və ya gündə 81 min 600 barel neft ekvivalenti olmuşdur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp 28,8 faiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 16,7 faiz, "Statoyl" 15,5 faiz, "LUKoyl" 10 faiz, NİKO 10 faiz, "Total" 10 faiz, TPAO 9 faiz.

CQBK-nın iki operatoru var – bp şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, "Statoyl" şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur.

AzərTAc

Digər xəbərlər