Ötən il Gürcüstanda 57 min 733 abonentin qazlaşdırılması işləri başa çatdırılmışdır.
Gürcüstan Energetika Nazirliyindən verilən məlumata görə, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində 8 min 464 abonent təbii qazla təmin olunmuşdur.
"SOCAR- Corgia" şirkətinin investisiya proqramı çərçivəsində 2009-2012-ci illərdə ölkədə166 min 91 abonent "mavi yanacaq"la təmin olunmuşdur. Cari ilin planında Gürcüstanda 86 min ailəyə qaz çəkilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Gürcüstan hökuməti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən, şirkət 2017-ci ilədək bu ölkədə daha 100 min abonenti təbii qazla təmin edəcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...