PDF Oxu

İqtisadiyyat

  • 11

Şəmkirdə heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülüb

Şəmkirdə heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülüb

Şəmkirdə heyvanlar arasında yayıla biləcək müxtəlif yoluxucu xəstəliklərin qarşısının vaxtında alınması məqsədilə profilaktik tədbirlərə başlanılmışdır.

Rayon baytarlıq idarəsinin rəisi Tahir Abdullayev AzərTAc-a bildirmişdir ki, qısa vaxt ərzində 2 mindən artıq iribuynuzlu heyvandan qan nümunələri götürülərək analiz üçün laboratoriyaya göndərilmişdir. Şəmkirdə fəaliyyət göstərən baytar sahə məntəqələri yenidən qurulmuşdur. Bu da kənd sakinlərinin razılığı ilə qarşılanmışdır. Artıq sakinlər ev heyvanlarını özləri sahə məntəqələrinə gətirərək müayinə etdirirlər. Təbii ki, bu da baş verə biləcək hər hansı xəstəliyin vaxtında aşkar edilərək qarşısını almağa, eləcə də müalicə olunmasına imkan yaradır.

AzərTAc

Digər xəbərlər