PDF Oxu

İqtisadiyyat

  • 12

Elman Məmmədov: Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün dünyaya yayılacaq

Elman Məmmədov: Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün dünyaya yayılacaq

"Xocalı şəhərində 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub". Bu fikirləri Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Xocalı qədim türk oylağı idi. Onun sözlərinə görə, Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Belə ki, xalqımız tarixi torpaqlarından deportasiya edilib, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

"Dövlətimiz hazırda Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Prezident İlham Əliyev bütün mötəbər beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri haqqında mövqeyini bildirir. Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətini xüsusi qeyd etməliyik. Bu gün dünyanın bir sıra ölkələri və ABŞ-ın bəzi ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Hesab edirəm ki, gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün dünyaya yayılacaq"- deyə, E.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər