Sahibkarlığa Kömək Milli Fondu Samux rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihələrdə müasir çörək zavodunun, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, müasir istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...