Azərbaycanın sosial –iqtisadi inkişafı üçün 2014-cü ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 660, 9 milyon manat vəsait yönəldilmiş, onun 57,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ilin yanvar ayı ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 18,9 faiz artmışdır.
Məhsul istehsalı obyektlərinin inşasına 388,6 milyon manat yönəldilmişdir.
Ümumi sərmayənin 66,4 faizi dövlət, 33,6 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...