Heydər Əliyev adına Bakı neft emalı zavodunun katalitik krekinq üzrə 55 nömrəli qurğusunda təmir işləri başa çatdırılmışdır.
Zavoddan AzərTAc-a bildirmişlər ki, təmirin lazımi səviyyədə və vaxtında yerinə yetirilməsi üçün üçnövbəli iş rejimi tətbiq olunmuşdur. Mərhələli şəkildə həyata keçirilən təmir işlərinə zavodun təmir-quraşdırma üzrə 13 nömrəli sexinin, digər sexlərin müxtəlif təyinatlı briqadaları, eləcə də müəssisənin texnoloji qurğularının təmiri işlərində daim yardımçı olan kənar təşkilatlar cəlb edilmişlər. Qurğunun regeneratorunun siklon qruplarında, R-202-nin torkret beton örtüyündə, kaskad boşqablarda, buxar paylayıcılarında və buxarqızdırıcılarda yaranmış qüsurların aradan qaldırılması zamanı T-317-1/2 istidəyişdiricilərində 4 ədəd boru dəsti, MK-301/1 kompressorunda yüksək təzyiqli silindr yeniləri ilə əvəz olunmuşdur. Bundan əlavə, təmir zamanı S-102 sobasında istismara yararsız boru xətləri yenilənmiş, sobada hidravlik sınaq işləri aparılmışdır.
Hazırda katalitik krekinq qurğusu uğurla istismar olunur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...