"Günəşli" yatağındakı 14-cü özüldən 343 nömrəli quyuda qazma işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə dərinliyi 3030 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 80 ton neft hasil ediləcəkdir.
Quyuda istismar işləri "28 May" neft –qaz çıxarma idarəsi tərəfindən həyata keçiriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...