PDF Oxu

İqtisadiyyat

  • 11

Ötən il paytaxtın əsas küçə və prospektlərində 24 min 960 qeyri-qanuni parklanma faktı qeydə alınıb

Ötən il paytaxtın əsas küçə və prospektlərində 24 min 960 qeyri-qanuni parklanma faktı qeydə alınıb

Ötən il paytaxtın əsas küçə və prospektlərində 24 min 960 qeyri-qanuni parklanma faktı qeydə alınmışdır.

AzərTAc xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) 2013-cü ildə görülən işlərə və qarşıda duran perspektiv vəzifələrə dair hesabatında məlumat verilmişdir.

Bildirilmişdir ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə yaxın ərazilərdə istifadəyə verilmiş yeni dayanacaq məntəqələrinin qanunsuz parklanmaya müsbət təsiri qeydə alınsa da, bu problem hələ də mövcuddur.

Bundan əlavə, 2013-cü ildə Bakı şəhərinin avtomobil yollarında hərəkətin təhlükəsizliyini və nəqliyyat vasitələrinin davamlı hərəkətini təmin etmək məqsədilə 18 yol qrupunun vaxt planları yenidən hazırlanaraq 62 siqnal kontrollerlərinə yüklənmişdir.

Ötən ilin sentyabrında metronun "Gənclik" stansiyası yaxınlığındakı tunellərdə intellektual idarəetmə sistemi də mərkəzə inteqrasiya olunmuş, tuneldə quraşdırılan "ağıllı tablo"ların və hərəkətə maneə törədən obyektlərin aşkarlanması sisteminin NİİM-dən distant idarəsi və müşahidəsi mümkün olmuşdur.

AzərTAc

Digər xəbərlər