Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə dünya bazarına çıxarılan Türkmənistan neftinin həcmi 2,5 dəfə artmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yanvar ayında Səngəçal" terminalından 488,3 min ton Türkmənistan nefti BTC ilə dünya bazarına çıxarılmışdır.
Türkmənistan neftinin BTC boru kəməri ilə daşınması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "SOCAR Trading" şirkəti ilə "Dragon Oil" şirkəti arasındakı razılaşma əsasında həyata keçirilir. Şirkət Türkmən neftini istehsalçılardan satın alaraq, Xəzər dənizi ilə "Səngəçal" terminalına çatdırır və buradan BTC boru xətti ilə dünya bazarına çıxarır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...