Cari il yanvarın 1-nə olan məlumata əsasən Ağstafa rayonundakı bütün təsərrüfatlarda 25 min 889 baş iribuynuzlu heyvan, 172 min 939 baş davar, 301 min 236 baş quş və 1713 baş at vardır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 151 baş, qoyun-keçilərin sayı 648 baş, quşların sayı 3397 baş, atlar isə 26 baş çoxdur.
Ağstafa Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, bu artım əhaliyə aid fərdi təsərrüfatların hesabına olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...