PDF Oxu

İqtisadiyyat

  • 14

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmində artım müşahidə olunub

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmində artım müşahidə olunub

Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq ümumi sərmayənin 67,3 faizini təşkil etmişdir. Bunun 83,3 faizi dövlət, 16,7 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşmüşdür.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki,

əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 249 milyon manat, bank kreditləri 70 milyon manat, büdcə vəsaitləri 303,9 milyon manat, büdcədənkənar fondların vəsaitləri 12,7 milyon manat, əhalinin şəxsi vəsaitləri 23,3 milyon manat, sair vəsaitlər 2 milyon manat təşkil etmişdir.

AzərTAc

Digər xəbərlər