PDF Oxu

İqtisadiyyat

  • 9

Ağsu Elektrik Şəbəkəsində təmir işləri aparılıb

Ağsu Elektrik Şəbəkəsində təmir işləri aparılıb

Ağsu Elektrik Şəbəkəsinin kollektivi əsas diqqəti təmir-bərpa işlərinə və avadanlıqlara texniki qulluğun yaxşılaşdırılmasına yönəltmişdir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son üç ay ərzində şəbəkənin balansına aid 10 kilovatlıq elektrik verilişi xətlərinin 1,1 kilometrində təmir işləri aparılmış, 11 transformator məntəqəsində müxtəlif təyinatlı işlər həyata keçirilmişdir.

Müəssisə üzrə cari ilin yanvar ayında ümumilikdə 4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 312 min kilovat-saat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən 17 faizdən çox artmışdır.

Ötən il ərzində ümumi istehlak 2012-ci il ilə müqayisədə 739 min kilovat-saata yaxın artaraq 42.7 milyon kilovat-saata yaxın olmuşdur. Ümumi ödəniş 2012-ci illə müqayisədə mütləq 7 faizə yaxın artmışdır.

Müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 150-dən çox istehlakçının sayğac-uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 406,5 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 24,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

AzərTAc

Digər xəbərlər