Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, istehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə yatağın işlənilməsini həyata keçirən "Neft Daşları" neft qaz çıxarma idarəsində mühüm tədbirlər həyata keçirilir.
"Neft Daşları" yatağındakı 2182 nömrəli meydançadan 2183 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilmişdir. Quyu fasilə lay dəstəsindən sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...