Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Səmərəli idarəetmənin təşkili" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə iştirakçılara biznes-planın mahiyyəti və tərtib edilməsi metodikası, istehsalat planı, maliyyə planı barədə ətraflı məlumatlar verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "Səmərəli idarəetmənin təşkili" mövzusunda təqdimatlar olmuşdur.Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...