PDF Oxu

İqtisadiyyat

  • 9

Əkinlərin suvarma suyu ilə normal təmin olunması üçün tədbirlər görülüb

Əkinlərin suvarma suyu ilə normal təmin olunması üçün tədbirlər görülüb

Tovuz Subartezian Quyularının İstismarı İdarəsi Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yerləşən 682 ədəd subartezian və artezian quyularına xidmət edir.

AzərTAc xəbər verir ki, idarə ötən il ərzində quyulardan istifadəni yaxşılaşdırmaq məqsədilə 6 ədəd güc trasformatoru təmir edilərək istifadəyə verilmiş, 37 ədəd nasosu yenisi ilə əvəzlənmişdir.

Bundan əlavə, 218 ədəd quyuda əsaslı,114 ədəd quyuda isə cari təmir işləri aparılmış, 5 ədəd quyunun iş rejimi bərpa olunmuş, 5 yeni quyu qazılaraq istifadəyə verilmişdir.

AzərTAc

Digər xəbərlər