2020-ci ilədək ölkənin enerji balansında alternativ və bərpa olunan enerjinin payının 20 faizə çatdırılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, 2020-ci ilin sonunadək ölkədə, ümumilikdə, 2 min 65 meqavat gücündə Günəş elektrik stansiyaları (GES) tikilərək istifadəyə veriləcəkdir.
Layihənin ümumilikdə üç mərhələdə reallaşdırılması nəzərdə tutulmuşdur. Layihənin 2014-2016-ci illəri əhatə edən birinci mərhələsində 790 meqavat və ikinci mərhələdə, yəni 2017-2018-ci illər aralığında 685 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi planlaşdırılır. Layihənin 2019-2020-ci illəri əhatə edən üçüncü mərhələsində isə 730 meqavat gücündə GES-lər inşa ediləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...