PDF Oxu

İqtisadiyyat

  • 4

Xəzəryanı dövlətlər Xəzər dənizi üzrə əməkdaşlıq sazişinin layihəsini müzakirə ediblər

Xəzəryanı dövlətlər Xəzər dənizi üzrə əməkdaşlıq sazişinin layihəsini müzakirə ediblər

Aşqabadda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın müvəkkil nümayəndələri səviyyəsində Xəzər mövzusu üzrə müzakirələr aparılıb.SİA-nın məlumatına görə, görüşdə Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə sazişin layihəsi müzakirə olunub.Saziş layihəsi Türkmənistan tərəfindən hazırlanıb.Bundan başqa, Türkmənistan Xəzəryanı dövlətlərin ətraf mühitin mühafizəsi sahəsində səylərinin birləşdirilməsi məqsədilə BMT-nin himayəsi altında yeni əməkdaşlıq mexanizmi - Xəzər dənizi üzrə beynəlxalq ekoloji dialoqun yaradılmasını məqsədəuyğun sayır.

sia.az

Digər xəbərlər