PDF Oxu

İqtisadiyyat

  • 13

Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti aşağı düşmüşdür

Nyu-Yorkun NYMEX ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 1,59 dollar ucuzlaşaraq 103,33 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barelinin qiyməti 1,90 dollar aşağı düşərək 109,30 dollar təşkil etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti London birjasında 2,15 dollar azalaraq 112,65 dollar olmuşdur.

AzərTAc

Digər xəbərlər