PDF Oxu

İqtisadiyyat

  • 11

Natiq Əliyev: “Şahdəniz” konsorsiumu tərəfindən TAP-ın seçilməsi qərarı Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacaqdır

Natiq Əliyev: “Şahdəniz” konsorsiumu tərəfindən TAP-ın seçilməsi qərarı Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacaqdır

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Böyük Britaniyanın nüfuzlu "The Business year" jurnalına müsahibə vermişdir.

Energetika Nazirliyindən bildirmişlər ki, nazir müsahibəsində Azərbaycanın enerji siyasətindən danışmış, bunun daha çox uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini bildirmişdir. N.Əliyev bu sahədə əldə edilən nailiyyətlərin dövlətin ümumi inkişafı kontekstindən nəzərdən keçirilməli olduğunu vurğulamışdır.

Müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu və xüsusilə son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyllərini Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirən energetika naziri, ölkənin ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan enerji siyasəti ilə əlaqədar sualları cavablandırmışdır.

Azərbaycanın enerji siyasətinin qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımından səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykəndiyini deyən N.Əliyev enerji layihələrinin orada iştirak edən dövlətlərin iqtisadi inkişafına və bu dövlətlər arasında əməkdaşlıq və dostluğun daha da güclənməsinə töhfə verdiyinə əminliyini ifadə etmişdir.

Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionun lider dövləti olduğunu və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən energetika naziri Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft-qaz kəmərlərinə əlavə olaraq, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini bildirmişdir.

Nazir müsahibəsində Trans-Anadolu boru kəmərinin (TANAP) çəkilməsi barədə qərarın Azərbaycanın regionun enerji mənzərəsini dəyişəcək böyük miqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisi olduğunu qeyd edərək, "Şahdəniz" konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi barədə qərarın isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacağını bildirmişdir.

yap.org.az

Digər xəbərlər