Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində yaradılan Yüksək Texnologiyalar Parkı ("YT Park") Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış" mövzularında təşkil olunacaq təlim kurslarında iştiraka dəvət edir.
RİTN-dən AzərTAc-a bildirmişlər ki, təlimlər biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının artımının dəstəklənməsinə yönələn proqramın bir hissəsi olaraq "YT Park" tərəfindən təşkil edilir. Təlim kurslarının məqsədi yerli şirkətlərə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək göstərməkdir.
Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən "ESADE" Biznes Məktəbində fəaliyyət göstərən professor Kennet Morse tərəfindən aparılacaqdır. K.Morse dünya üzrə 10 mindən artıq sahibkar üçün təlim proqramlarını, 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini həyata keçirmişdir.
Təlim kursları martın 10-da və aprelin 14-15-də Bakı şəhərində (Nizami küçəsi, 203b, "AF Business House", 3-cü mərtəbə) keçiriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...