PDF Oxu

İqtisadiyyat

  • 9

Paytaxtın ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər

Paytaxtın ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər

Bakı şəhərinin ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.

AzərTAc xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdir.

İctimai nəqliyyatın tam şəkildə özəl sektora məxsus sahə olduğunu deyən nəqliyyat naziri bildirmişdir ki, avtobus sürücülərinin mədəniyyət problemi ən ağrılı məsələlərdəndir. Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, yəni şirkət rəhbərləri avtobus sürücülərinin sərnişinlərə mədəni şəkildə xidmət göstərməsinə məsuliyyət daşıyırlar. Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq etmiş, müvafiq tövsiyələr vermişdir.

Nazir qeyd etmişdir ki, hər sürücüyə fərdi nəzarətçi təyin etmək mümkün deyildir. Hər bir kəs normativlərə, cədvəllərə əməl etməlidir. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda sınaq aparılır, əgər nəticələri uğurlu olarsa, paytaxtın ictimai nəqliyyatında bütün avtobuslarda bu qayda tətbiq olunacaqdır.

AzərTAc

Digər xəbərlər