Azərbaycan Prezidenti tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi Bərdə rayonunda bu sahənin inkişafı baxımından yaddaqalan olmuşdur.
Bərdə Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, ötən il 29 Avtomat Telefon Stansiyası (ATS) binası əsaslı təmir edilmiş, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış məhəlləsində 256 nömrə tutumlu, Şorəlli, Divanlı və Cəyirli kəndlərinin əhalisinə göstərilən rabitə xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 512 nömrə tutumlu yeni elektron ATS-lər qurulmuşdur. İl ərzində 17 kabel quyusu tikilmiş, 42 kabel quyusu və 16 paylayıcı şkaf təmir edilmiş, 13 kilometr hava rabitə xətləri yenidən çəkilmişdir.
Əhalinin sürətli internetdən istifadəsinə şərait yaratmaq məqsədilə 30 kilometr optik xətt çəkilmiş, rayon mərkəzində 1024 yerlik, 23 kənd elektron ATS-lərində 756 yerlik DSLAM avadanlıqları quraşdırılmışdır. Hazırda rayonda 3 min 462 nəfər, o cümlədən Bərdə şəhərində 2 min 412 nəfər, kəndlərdə 1050 nəfər genişzolaqlı internet şəbəkəsindən istifadə edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...