PDF Oxu

İqtisadiyyat

  • 11

Fevralda Ceyhan limanından dünya bazarlarına 2,3 milyon ton neft çıxarılmışdır

Fevralda Ceyhan limanından dünya bazarlarına 2,3 milyon ton neft çıxarılmışdır

2014-cü ilin fevral ayı ərzində 2 milyon 252 min 897 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, Bu həcmin 1 milyon 642 min 408 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən 2014-cü il mart ayının 1-ə qədər Ceyhan limanından 237 milyon 326 min 97 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

yap.org.az

Digər xəbərlər