Ötən il ərzində Bakı şəhərinin Suraxanı rayonunda sosial obyektlərin tikintisi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu çərçivədə 2 nömrəli bərpa xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binası, 3 məktəbdə isə 1300 şagird yerlik əlavə tədris korpusları inşa edilmişdir. Həmçinin 2 nömrəli uşaq evi, 2 xəstəxana, 2 poliklinika, 4 məktəb, 7 uşaq bağçası əsaslı təmir olunaraq, lazımi avadanlıqlarla təchiz edilmişdir.
"Gənclər evi"nin, 84 nömrəli orta məktəbin yerində 960 şagirdlik yeni məktəb binasının, 104 nömrəli orta məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi işləri aparılmış, 2 uşaq bağçasında isə əsaslı təmir işləri davam etdirilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...