Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2014-cü il martın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 milyon 676 min 885-ə çatmışdır.
ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, abonentlərin 1milyon 656 min 397-i əhali, 20 min 488-i isə qeyri-əhali sektoruna aiddir.
Abonentlərin 711 min 487-i Bakı şəhəri (701 min 115 əhali, 10 min 372 qeyri-əhali abonenti), 965 min 398-i isə regionların (955 min 282 əhali, 10 min 116 qeyri-əhali abonenti) payına düşür. Təkcə 2014-cü ilin fevral ayı ərzində əhali sektoru üzrə 13 min 698 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 4 min 902-si Bakı, Abşeron və Sumqayıt, 8 min 796-sı isə regionlar üzrədir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...