PDF Oxu

İqtisadiyyat

  • 15

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,3 manat olub

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,3 manat olub

2014-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1492,3 min nəfər olmuş və onlardan 896,8 mini iqtisadiyyatın dövlət bölməsində, 595,5 mini isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında məşğul olmuşlar. Həmçinin, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində çalışmışlar.

2014-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, habelə informasiya və rabitədə, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

AzərTAc

Digər xəbərlər