"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin "Stadler Rail Group" Şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən yaxın vaxtlarda Gəncədə lokomotiv istehsalına başlanacaqdır.
AzərTAc xəbər verir ki, razılaşmanın ilkin mərhələsi başa çatdıqdan sonra istehsalı nəzərdə tutulmuş lokomotivlərin dizayn və detalları dəqiqləşdiriləcəkdir. Layihələşdirmədən sonra iqtisadi-texniki əsaslar hazırlanaraq hökumətə təqdim olunacaqdır.
Yeni lokomotivlərdən əsasən Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaqdır. Bununla yanaşı, həmin magistralda istifadə üçün İsveçrə şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması da nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...