Tovuz Rayon Məşğulluq Mərkəzindən AzərTAc-a bildirmişlər ki, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Cari ilin yanvar-fevral aylarında bütün idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumat toplanılmış və iş axtaran vətəndaşların həmin iş yerlərinə göndərişi təmin edilmişdir.
Məşğulluq mərkəzinə müraciət edən 232 nəfər işaxtaran vətəndaşdan 58-i işlə təmin olunmuşdur, onlarında da 28-i qadındır.
Bundan başqa, 2 nəfərə işsizlik statusu verilmiş, 3 nəfərə isə müavinət ödənilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...