PDF Oxu

İqtisadiyyat

  • 32

“Masallı” Elektrik Şəbəkəsi Müəssisəsində 13,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir

“Masallı” Elektrik Şəbəkəsi Müəssisəsində 13,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir

Cari ilin yanvar ayında "Masallı" Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 13,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon kilovat-saatdan çoxdur. Ümumi ödəniş isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 faizdən çox olmuşdur. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 649 min kilovat-saat artaraq 10 milyon kilovat-saata yaxın olmuşdur. Ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faizdən çox olmuşdur.

Yanvar ayında Müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 95 qayda pozuntusu aşkar edilmişdir. Nəticədə 271,9 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 16,3 min manatdan çox istehlak dəyəri bərpa olunmuşdur.

AzərTAc

Digər xəbərlər