"Gəncə" Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsində yenidənqurma, əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həyata keçirilən təmir-bərpa işləri nəticəsində istismar səviyyəsi daha da yüksəlmiş, istehlak olunan enerjinin dəyərinin ödənilməsi halları artmış, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması sahəsində nailiyyətlər əldə olunmuşdur.
Cari ilin yanvar-fevral aylarında müəssisədə 202,1 milyon kilovat-saata, o cümlədən daimi əhali qrupu tərəfindən 29,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 2 milyon kilovat-saata yaxın artmış, ödəniş üzrə artım 1,3 faiz təşkil etmişdir.
Daimi əhali qrupu üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3,3 milyon kilovat-saata yaxın çox olmuşdur. Cari ilin fevralında müəssisə üzrə 96,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir.
AzərTAc
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...