Göygöl suvarma sistemləri idarəsi cari ilin yaz-tarla işlərinə ciddi hazırlaşmışdır.
İdarənin rəisi İlqar Məhərrəmov AzərTAc-a demişdir ki, nasos stansiyaları təmir edilmiş, subartezian quyuları işlək vəziyyətə gətirilmiş, çaylar və su kanalları lildən və tullantılardan təmizlənmişdir. Hazırda 4 kənddə 8 artezian quyusu qazılır.
Rayonda 12 min 510 hektar əkinə yararlı torpaq sahəsi vardır və bu sahələrin suvarılmasında 191 artezian quyusundan, 9 nasos stansiyasından və rayon ərazisindən keçən 3 təbii çay sularından istifadə olunur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...