PDF Oxu

İqtisadiyyat

  • 29

Naxçıvan Muxtar Respublikasına yeni tikinti texnikaları gətirilib

Naxçıvan Muxtar Respublikasına yeni tikinti texnikaları gətirilib

Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işlərinin həcminin genişləndirilməsi texnika və avtomobillərə olan tələbatın artmasına səbəb olmuşdur. Hər il muxtar respublikaya xarici ölkələrin istehsalı olan müasir tikinti texnikaları və yük avtomobilləri gətirilir.

Muxtar respublikanın Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxmışdır.

Məlumat verilmişdir ki, muxtar respublikaya "Caterpillar" markalı 3 ekskavator, 3 yükləyici və "Mercedes-Bens" markalı 6 yük avtomobili gətirilmişdir. Yeni texnika və avtomobillər Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon və kəndlərində aparılan tikinti-quruculuq işlərində istifadə olunacaqdır.

Ali Məclisin Sədri yeni texnika və avtomobillərdən təyinatı üzrə səmərəli istifadə olunması barədə müvafiq tapşırıqlar vermişdir.

AzərTAc

Digər xəbərlər