PDF Oxu

İqtisadiyyat

  • 25

Xarici kapitalın 82,4 faizini neft-qaz sektoru təşkil edib

Xarici kapitalın 82,4 faizini neft-qaz sektoru təşkil edib

Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici kapitalın ümumi həcmi 2013-cü ildə 6,3 milyard dollar təşkil edib. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Bank məlumat yayıb. Məlumata əsasən, burada neft-qaz sektorunun xüsusi çəkisi isə 82,4 faiz olub. Ölkəyə cəlb edilən birbaşa investisiyaların ümumi həcminin 17,6 faizini, yəni 1,108 milyard dollarını qeyri-neft sektoruna cəlb edilən birbaşa investisiyalar təşkil edir.Qeyd edək ki, bu investisiyalar Azərbaycan ərazisində əsasən "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

sia.az

Digər xəbərlər