Fransanın Nissa şəhərində Azərbaycanın "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC və Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan "Sofiya Antipolis" arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır.
MMC-dən AzərTAc-a bildirmişlər ki, tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığa dair razılıq əldə edilmiş, xüsusilə məlumat bazalarının mübadiləsi və informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji və "klaster dəstəyi" adlandırılan kiçik və orta həcmli müəssisələrə göstərilən xidmətlərin inkişafı məqsədi ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması qərara alınmışdır. Həmçinin gələcəkdə bu kimi sazişlərin digər texnoparklarla da imzalanması nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...