PDF Oxu

İqtisadiyyat

  • 26

“Tumbul” sahəsindəki 4 nömrəli kəşfiyyat quyusunda qazma işlərinə başlanılıb

“Tumbul” sahəsindəki 4 nömrəli kəşfiyyat quyusunda qazma işlərinə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Nehrəm duz yatağı bazasında, "Tumbul" sahəsində qaz anbarının yaradılması məqsədilə görülən işlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ərazidə seysmik kəşfiyyat işləri aparılmış, 1 və 2 nömrəli kəşfiyyat quyuları qazılmışdır. Bu günlərdə "Tumbul" sahəsində 4 nömrəli kəşfiyyat quyusunun qazılmasına başlanılmışdır.

ARDNŞ-in Kompleks Qazma İşləri Tresti tərəfindən Miosen çöküntülərinin Konq+Karaqan mərtəbəsinə qazılan quyunun layihə dərinliyi 580 metrdir. Quyu lüləsinin kəsilişində duz laylarının öyrənilməsi məqsədilə 490-560 metr intervaldan fasiləsiz süxur nümunələrinin götürülməsi nəzərdə tutulur.

Bu il "Tumbul" sahəsində daha iki kəşfiyyat quyusunun qazılması nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər