Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) "Almaniya-Azərbaycan Forumunun (DAF)" sədri Hens-Eberhard Şleyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AZPROMO-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Almaniya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də təmsil etdiyi qurumun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.
"Almaniya-Azərbaycan Forumunun (DAF)" sədri Hens-Eberhard Şleyer ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini vurğulamışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...