PDF Oxu

İqtisadiyyat

  • 28

Araz Ağayev: "Əhaliyə verilən təbii qazın həcmi 4 milyon kubmetr artırılıb"

Araz Ağayev: "Əhaliyə verilən təbii qazın həcmi 4 milyon kubmetr artırılıb"

"Azərbaycanda ötən gündən başlayaq havaların kəskin soyuması ilə əlaqədar Azərbaycan Respublikası (ARDNŞ) Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi təbii qazın əhaliyə verilən həcmini artırıb". SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev belə deyib.Onun sözlərinə görə, martın 29-u ilə müqayisədə ötən gün əhali və qeyri-əhali sektoruna verilən təbii qazın həcmi 4 milyon kubmetr artırılıb: "Martın 29-da bu rəqəm 16,9 milyon kubmetr olub. Ötən gün isə bu rəqəm havaların kəskin soyuması ilə əlaqədar 20,9 mln. kubmetrə çatdırılıb".Qurum rəsmisi bildirib ki, 30 mart tarixində əhalinin təbii qazla təchizatında heç bir problem yaranmayıb: "Havalar yenə də soyuyacaqsa əhalinin təlabatına uyğun olaraq təbii qazın verilişi tənzimlənəcək".

sia.az

Digər xəbərlər