Azərbaycan Nazirlər Kabineti "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"na dəyişikliklər edib.Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, indiyə qədər vergi ödəyiciləri onlara vergi orqanı tərəfindən verilən istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə daxil olaraq elektron vergi hesab-fakturasını hazırlayıb, təsdiq edib və təqdim ediblər.Eyni zamanda, vergi ödəyiciləri təhlükəsizlik baxımından istifadəçi kodu, şifrə və parolu məxfi saxlamalı, başqa şəxslərə istifadə üçün verməməli, istifadəçi kodu, şifrə və parol unudulduqda və ya istifadəçi kodu, şifrə və paroldan başqaları tərəfindən istifadə edildiyi məlum olduğu andan 2 gün müddətində uçotda olduğu vergi orqanına yazılı məlumat verməli idilər.Yeni qərarla "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"ndan bu müddəa çıxarılıb. Dəyişikliyə əsasən, satıcı elektron vergi hesab-fakturasını vergi orqanından alınan istifadəçi kodu, parol və şifrə, yaxud əldə edilən gücləndirilmiş elektron imza vasitəsilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq hazırlayacaq. Elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilən inzibati reqlamentlə müəyyən edilir.Hazırlanan elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsini satıcı qismində satıcı, ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) gücləndirilən elektron imza vasitəsilə həyata keçirə bilərlər. Elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsinin ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılan "Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə, gücləndirilən elektron imza vasitəsilə təsdiq ediləcək.Nazirlər Kabineti "Vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda da müvafiq dəyişikliklər edib. Bundan sonra alınan elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə biləcək. Bu ödənişin aparılması üçün alıcı vergi orqanından alınan istifadəçi kodu, parol və şifrə, yaxud əldə edilən gücləndirilən elektron imza vasitəsilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə daxil olur və ödənişi gücləndirilən elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılan "Köçürmə əməliyyatlarının aparılması" menyusundan istifadə etməklə həyata keçirəcək. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilən inzibati reqlamentlə müəyyən ediləcək.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...