"Microsoft Azərbaycan" şirkəti və Şəmkir şəhərində fəaliyyət göstərən "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi regionlarda kompyuter biliklərinin geniş yayılmasına və inkişafına nail olmaq məqsədilə "İT Akademiya" layihəsinin icrasına başlamışlar.
Layihənin icrası üçün "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi "Microsoft Azərbaycan" şirkətinin "IT Academy"nin rəsmi tərəfdaşı olmuşdur.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə mərkəz layihə çərçivəsində təlimçi kimi fəaliyyət göstərmək istəyən gənclər üçün müsabiqə elan etmişdir. Təlimçi gənclər ingilis dilini orta səviyyədə bilməli, yaxşı danışıq qabiliyyətinə malik olmalıdırlar. Fəal və işgüzarlıqla yanaşı, onlar həm də ilkin kompyuter biliklərinə malik olmalıdırlar.
Namizədlərin yaş həddi isə 20-29-dur. Maraqlı şəxslər CV-lərini [email protected] e-mailina gələn ayın 15-dək göndərə bilərlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...