"Azəriqaz" İstehsalat Birliyi (İB) çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görülmüş işlərin nəticəsində bu qurum cari ilin yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 45 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir.
Təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5 min 565 mənzil vardır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...